“Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində itlə rəhimsiz rəftar edən iki nəfər şöbəyə dəvət edilib”.
RegionTV.info xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib.
O qeyd edib ki, həmin şəxslərdən biri yeniyetmədir:
“Yetkinlik yaşına çatmayan şəxslə valideynlərinin iştirakı ilə profilaktiki söhbətlər aparılıb. Digər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü (Heyvanlarla rəhmsiz rəftar edilməsi) maddəsinə əsasən inzibati qaydada protokol tərtib olunub”.
Qeyd edək ki, Ağcabədi rayonunda itin boynuna ip bağlanaraq, gölməçədə işgəncə verilib.
Xəbəri paylaş