Bu ilin ilk beş ayında Azərbaycandan Gürcüstana 23,6 milyon ABŞ dolları məbləğində pul köçürülüb.
RegionTV.info xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.
Məlumata əsasən, ötən ilin analoji dövrü ilə müqayisədə köçürmələrin həcmində 11,8 milyon ABŞ dolları və yaxud 33,3 % azalma qeydə alınıb.
Yanvar-mayda Gürcüstandan Azərbaycana daxil olan pul köçürmələrinin həcmi isə 8,8 milyon ABŞ dolları təşkil edib. Bu, illik müqayisədə 1,9 milyon ABŞ dolları və yaxud 27,5 % çoxdur.
Xəbəri paylaş