Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycanda planlaşdırdığı xüsusi əməliyyatı ifşa ediblər. Belə ki, DTX-nin yüksək peşəkarlıqla ifşa etdiyi erməni xüsusi xidmət orqanlarının planlaşdırdığı əməliyyatın mərkəzində şərti adı Fidan kimi göstərilən azərbaycanlı yeniyetmə qız durub.
Məlumata görə, Fidan internet resurslarından istifadə edərkən, ermənilərin tələsinə düşüb. Ermənistanın revanşist qüvvələri, anti-Azərbaycan, anti-türk qrupunun üzvləri müxtəlif vədlərlə onu ələ almağa başlayıblar. Beləliklə, Fidan Ermənistan xüsusi xidmət orqanlarının tərtib etdiyi ssenariyə uyğun olaraq revanşist qüvvələrin, erməni faşistlərin əlində oyuncağa, hətta Njde Qareginin təbliğatçısına çevrilib.
Araşdırma zamanı məlum olub ki, Fidana radikal, nasist Haytarakan qrupunun aparıcı siması Artur Martirosyan və onun tərəfdarları müxtəlif təyinatlı tapşırıqlar verib. Yeniyetmə qızın aldığı ilk tapşırıq Qaregin Njdenin şəklini əlində tutaraq öz təsvirini çəkmək, özü də bunu Bakıda, insanların daha çox olduğu ünvanlarda etmək olub. Onlar bununla kifayətlənməyiblər. Fidandan hər dəfə daha artıq təxribat xarakterli hərəkətlər etməsini istəyiblər.
Bu faktın mediada yayımlanmasından sonra sosial şəbəkələrdə təhlükəsizlik məsələləri, erməni təbliğatının qarşısının alınması məqsədilə görülən tədbirlərin gücləndirilməsi yenidən gündəmə gəldi. Ekspertlər hesab edirlər ki, xüsusilə gənclərin və yeniyetmələrin erməni xüsusi xidmət orqanlarının toruna düşməməsi üçün virtual məkanın təhlükəsizliyi artırılmalı, Ermənistandan qoşulan saxta profillər sıradan çıxarılmalı, eləcə də sosial mediadan istifadəyə bəzi qadağalar tətbiq olunmalıdır.
Bununla bağlı danışan sabiq polis rəisi Mahmud Hacıyev hesab edir ki, proses ciddi nəzarətdə saxlanılılır. Onun fikrincə, Azərbaycanın xüsusi xidmət orqanları belə təxribatların ifşası üçün önəmli işlər görür:
“Ermənilərə görə, sosial şəbəkələrə qadağa qoymaq effektiv olmayacaq. Bununla belə, həmin təxribatların ifşası daha aktualdır. Xüsusi xidmət orqanlarımız yetərincə peşəkar addımlar atır, əməliyyat keçirir və həmin şəxsləri ifşa edir. Sosial şəbəkələr bağlansa, ermənilər öz çirkin əməllərini yerinə yetirmək üçün başqa vasitələr axtaracaqlar. Bizim əsas vəzifəmiz onları zərərsizləşdirməkdir”.
“Gənclərin və yeniyetmələrin, sosial şəbəkələrdən istifadə edən məktəblilərin maarifləndirilməsini gücləndirmək lazımdır. Onların sosial şəbəkələrdə bu cür tələlərə düşməsinin qarşısını almaq məqsədilə addımlar atmaq mütləqdir. Lakin qadağa heç də hər zaman effektli olmur”, - deyə mütəxəssis ermənilərin təxribat hazırlığının daim nəzarətdə saxlanıldığını sözlərinə əlavə edib.