
RegionTV.info-nun xəbərinə görə, hadisə şəhərin Qala xiyabanı küçəsinə 5 mərtəbəli binada baş verib.
2 yaşlı Əlixan Şəhriyar oğlu Bağırov nəzarətdən kənar qaldığından 4-cü mərtəbənin pəncərəsindən yıxılıb.
Ağır xəsarətlər alan azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini kritik-ağır kimi qiymətləndirirlər.
Uşağın Bakıdakı xəstəxanalarından birinə köçürülməsi gözlənilir.
Faktla bağlı araşdırma aparılır.