Çavuşoğlu Şuşa Bəyannaməsinin birinci ildönümü ilə bağlı paylaşım edib
Tarix: 15-06-2022, 13:52 Xəbərə baxış: 125

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Şuşa Bəyannaməsinin birinci ildönümü ilə bağlı rəsmi tviter səhifəsində paylaşım edib.RegionTV.info-nun məlumatına görə, paylaşımda deyilir:
“Can Azərbaycanla təbii müttəfiqliyimizi gücləndirən Şuşa Bəyannaməsinin ildönümü mübarək olsun. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”