"Ruhun şad olsun ümummilli lider Heydər Əliyev. Sizin övladınız Sizin vədinizi və vəsiyyətinizi gerçəkləşdirdi, Şuşanı işğaldan azad etdi. Bu gün Azərbaycanın Milli Qurtuluş Günüdür. Bu gün həm də Şuşa Bəyannaməsinin imzalanmasının birinci, Qars müqaviləsinin imzalanmasının 101-ci il dönümüdür".
RegionTV.info-nun xəbərinə görə, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyə nümayəndə heyətinin rəhbəri Binəli Yıldırım Şuşada "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda keçirilən konfransda deyib.
O, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada olmaqdan məmnunluq duyduğunu söyləyib: "Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın sizə ürəkdən salam və sevgilərini çatdırıram. Türkiyə-Azərbaycan əlaqələri mənfəət üzərində qurulmayıb. Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq, dostluq üzərində qurulub. 44 günlük Vətən müharibəsindəki zəfərlə 30 ilə yaxın davam edən işğala son qoyulub. Ötən ilin bu günündə Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev tərəfindən Şuşada tarixi Şuşa Bəyannaməsi imzalanıb. Bu, tarixi bir sənəddir. Qarabağ zəfəri sadəcə işğal altındakı torpaqların azad edilməsi məsələsi deyil. Qarabağ zəfəri həm də Cənubi Qafqazda və türk dünyasında yeni bir dövrün başlanğıcıdır".
Xəbəri paylaş