"İlk öncə bugünkü oyuna görə futbolçulara təşəkkür edirəm, onlarla fəxr edirəm. Komanda meydanda əsl əzmkarlıq nümayiş etdirib, Azərbaycan futbolunu layiqincə təmsil etdi".
RegionTV.info-nun məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç səfərdə Norveçə 1:2 hesabı ilə uduzduqları Avropa çempionatının son seçmə oyunundan sonra deyib.
Serbiyalı mütəxəssis bildirib ki, Norveç qrup birincisi olmaq üçün oynamasına baxmayaraq, ilk hissədə heç bir şans qazana bilməyib. Fasilədən sonra isə qarşılıqlı hücumlar olsa da, rəqib əlinə düşən fürsətdən daha layiqincə yararlanıb: "Düzdür, əvəzetmələr sayəsində, oyunda dönüş yaradıb, hesabı bərabərləşdirdik. Lakin Norveç komandası standart vəziyyətdən fərqlənib, qələbə topunu vurdu. Bununla belə, nəticəyə baxmayaraq, Norveç kimi güclü rəqiblə başabaş mübarizə apardıq. Komandama təşəkkür edirəm".
Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində A qrupunu 7 xalla başa vurub və 6 ölkə arasında 5-ci yeri tutub.
Xəbəri paylaş