
RegionTV.info-nun xəbərinə görə, Abdulla Şahid bu barədə tviter hesabında yazıb.
“Olduqca məhsuldar səfərdən sonra Bakıdan ayrılırıq”, - A.Şahid qeyd edib.
Baş Assambleyasının 76-cı sessiyasının sədri lütfkar dəvətə və səxavətli qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə, eləcə də xarici işlər naziri Ceyhun Bayramova və XİN rəhbərinin müavini Elnur Məmmədova, habelə beynəlxalq təşkilatın Azərbaycandakı nümayəndəliyinə təşəkkür edib.


