Rusiya Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hökumətini rəsmən tanıya bilər.
Bunu Rusiya Prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bildirib.
O, Rusiyanın “Pervıy Kanal” dövlət televiziyasına müsahibəsində deyib ki, “Taliban” hökumətinin ticarət nazirinin müavini Moskvaya səfər edəcək.
Əfqanıstanın bəzi məhsulların alınması üçün Rusiyaya müraciət etdiyini qeyd edən Kabulov Rusiya Prezidenti Vladimir Putinin Əfqanıstana taxıl göndərilməsinə icazə verdiyini vurğulayıb.
Rusiyanın Əfqanıstandakı "Taliban" hökumətini tanıması ehtimalından söz açan Kabulov bildirib ki, bu, mümkündür:
"Bunun üçün şərtləri həm Rusiya Prezidenti, həm də xarici işlər naziri müəyyən edib. Bu istiqamətdə atılacaq ilk addım hərtərəfli və effektiv siyasi hökumətin yaradılmasıdır. Biz bunu əfqan tərəfdaşlarımıza açıq deyirik. Bu olarsa, ciddi danışıqlara zəmin yaradanacaq".