Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Güləşçimiz ermənini məğlub edib Avropa çempionu oldu

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.
 
Yarışın 2-ci günündə yunan-Roma güləşində 5 çəki dərəcəsində qaliblər müəyyənləşib. Milli komandanın 4 üzvü fəxri kürsüyə qalxıb.
 
Fəraim Mustafayev (55 kq) finalda erməni Hayk Lyudviqyana tam üstünlüklə (13:4) qalib gələrək titulunu qoruyub.
 
Xatırladaq ki, Mustafayev ötən il Bolqarıstanın Samokov şəhərində keçirilən analoji yarışda da Avropa çempionu olmuşdu.
 
Daha 3 güləşçimiz gümüş medal qazanıb. Belə ki, Elvin İbadov (48 kq) həlledici görüşdə gürcü Vaxtanq Loluaya, Seymur Qasımov (65 kq) yunanıstanlı Arionas Kolitsopulosa, İsmayıl Rzayev (80 kq) isə moldovalı Mihay Qutuya məğlub olub.
 
Hal-hazırda Azərbaycan yığması 95 xalla komanda hesabında aşkar liderdir. Millimiz ən yaxın izləyicisi olan Macarıstanı 36 xal qabaqlayır.
 
Sabah millinin daha 4 üzvü medal üçün güləşəcək. Onlardan üçü qızıl, biri isə bürünc medal uğrunda mübarizə aparacaq.
 
Qeyd edək ki, bu yarışda Azərbaycan güləş tarixində yeni rekord qeyd alınıb. Belə ki, ilk dəfə yunan-Roma güləşində U-17 Avropa çempionatında 7 güləşçimiz finala vəsiqə qazanıb. Buna qədər güləşin bu növündə rekord göstərici 4 final olub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də