Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyə əcnəbilərə ölkə ərazisində qalma icazələrinin verilməsini dayandırıb

Türkiyə əcnəbi vətəndaşlara verilən turistik oturum icazələrinin verilməsini dayandırıb.

RegionTV.info  xəbər verir ki, bu barədə məlumat Türkiyə hökumətinin miqrasiya məsələləri üzrə yeni tədbirlər planında öz əksini tapıb.

Qeyd olunub ki, 10 fevral 2022-ci il tarixindən sonra Türkiyəyə səfər edən əcnəbi vətəndaşlar, əvvəlcədən aldıqları vizada göstərilən tarixədək ölkə ərazisində qala bilər. Həmçinin, həmin tarixdən sonra (10 fevral 2022-ci il) ilk dəfə 6 ay, 1 il yaxud 2 illik oturum icazəsi almaq üçün Türkiyənin müvafiq miqrasiya idarələrinə müraciət edən əcnəbilərin müraciətləri rədd olunacaq.

Habelə, Türkiyədə təhsil almaq üçün bu ölkəyə köçən xarici ölkə vətəndaşları üçün birmənalı olaraq tələbə vizası almaq məcburi xarakter daşıyacaq.

Eyni hal həmçinin tibbi viza ilə Türkiyəyə köç edən xarici ölkə vətəndaşlarına da şamil ediləcək.

Bununla yanaşı, ölkənin böyük şəhərlərində (İstanbul, Ankara, İzmir başda olmaqla) 75 min ABŞ dolları, digər şəhər və bölgələrdə isə 50 min dollar dəyərindən ucuz ev satın alan xarici ölkə vətəndaşlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı - "kupça" əsasında oturum icazələrinin verilməsi dayandırılıb.

Bununla belə ev kiralələyən əcnəbilərin, yerli miqrasiya orqanına oturum almaq məqsədilə müraciət etməsi üçün ev sahibi (sahibəsi) ilə notarial qaydada kirayə haqqında müqaviləni təsdiq etməsi lazım gələcək.

Artıq bir neçə böyük şəhərin 1 200 məhəllə və səmtlərində ölkənin Miqrasiya İdarəsi tərəfindən əcnəbi sıxlığının qarşısını almaq məqsədilə oturum icazələrinin verilməsi tamamilə dayandırılıb.

Xatırladaq ki, son aylarda Türkiyəyə, ələlxüsus ölkənin İstanbul, Ankara və İzmir kimi böyük şəhərlərinə köçən Azərbaycan vətəndaşları üçün də turistik kateqoriyaya daxil olan müvəqqəti oturum icazəsinin rədd olunması aktual xarakter alıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də