
RegionTV.info-nun məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. 24 yaşlı Məmmədov Emin Allahverən oğlunun idarə etdiyi “Niva” markalı avtomobil hərəkətdə olarkən ərazidə xidmət göstərən 99-YP-241 dövlət qeydiyyat nişanlı yol patrul xidmətinin avtomobili ilə toqquşub. Hadisə zamanı “Niva”nın sürücüsü xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.