Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə neftin qısa və uzunmüddətli perspektivdə qiymətini və ölkəsinin neft hasil edən ölkələrlə münasibətlərini müzakirə edib.
RegionTV.info xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
“Yunanıstan enerji təhlükəsizliyinin sütunlarından birinə və Cənub-Şərqi Avropada enerji nəqli qovşağına çevrilməkdədir. Bu çətin zamanda əməkdaşlığımızı dərinləşdirir, böyük bir regionun Rusiya təbii qazından asılılığını əhəmiyyətli dərəcədə azaldırıq. Milli enerji təhlükəsizliyimizi möhkəmləndirir və ölkəmizi idxal edilən enerji böhranlarından qorumağa çalışırıq”, - Skrekas deyib.
Xəbəri paylaş