Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mülkiyyət hüququnun qeydiyyatı aparılmış daşınmaz əmlakların sayı 37 % artıb

RegionTV.info
Bu ilin may ayında Azərbaycanda daşınmaz əmlak üzrə 31 862 mülkiyyət hüququ qeydə alınıb.

Bu barədə sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni ayının göstəricisi ilə müqayisədə 36,9 % çoxdur.

Aylıq göstəricinin 9 804-ü ilkin qeydiyyat, 22 058-i isə təkrar qeydiyyat olub ki, bu da bir il ərzində müvafiq olaraq 102,3 % və 19,7 % artım deməkdir.

Ümumilikdə ay ərzində fərdi yaşayış evləri üzrə 3 856, mənzillər üzrə 6 744, torpaq sahələri üzrə 20 344, digər daşınmaz əmlak növləri üzrə isə 918 mülkiyyət hüququ qeydə alınıb.

Hesabat dövründə 23 179 daşınmaz əmlak üzrə texniki pasport tərtib edilib, 447 yüklülük (İcarə, istifadə hüquqlarının qeydiyyatı), 5 749 ipoteka müqaviləsi qeydiyyata alınıb. Bu da ötən ilin may ayının göstəricisi ilə müqayisədə müvafiq olaraq 27,2 %, 24,9 % və 60,8 % çoxdur.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də