RegionTV.info
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev iyunun 21-də Şirvanda vətəndaşları qəbul edəcək.
Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.
Məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Şirvanda yerləşən Mədəniyyət Mərkəzində keçiriləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar qeydiyyat üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (+994 12) 493 34 67, (+994 12) 595 13 50 (daxili 598; 599) nömrəli telefonları vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, Komitənin www.arxkom.gov.az internet səhifəsinin “əlaqə” bölməsində yerləşən müraciət formasını dolduraraq qəbula yazılmaq mümkündür.
Xəbəri paylaş