Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistanda nikahlar azalıb, boşanma artıb

Ermənistanda nikahların sayı azalıb.

Rəsmi məlumata görə, 2022-ci ilin yanvar-aprel aylarında Ermənistanda 5229 nikah qeydə alınıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% azdır.
 
Bunun səbəbi cəmiyyətdəki sosial-iqtisadi problemlər, neqativ gözləntilər, eləcə də təhlükəsizlik məsələləri ilə izah edilir.
 
Evliliklərin sayı azaldıqca, boşanmaların da sayı artır. Yanvar-aprel aylarında Ermənistanda 1492 boşanma qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15% çoxdur.
 
Bu, demoqrafik problemlərin kəskinləşməsinə səbəb olub: yanvar-aprel aylarında Ermənistanda 10 869 uşaq doğulub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5% azdır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də