Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ağstafada ərini balta ilə qətlə yetirməkdə təqsirləndirilən qadının məhkəməsi başlayır

Ağstafada həyat yoldaşını qətlə yetiməkdə təqsirləndirilən Aynur Abdullayevanın məhkəməsi başlayır.

RegionTV.info xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Nural Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 23-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin yanvarnda Ağstafa rayonu Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü A.Abdullayeva, həyat yoldaşı 1984-cü il təvəllüdlü Elvin Abdullayevi balta ilə qətlə yetirib.

O, Ağstafa Rayon Polis Şöbəsinə gedərək cinayətini etiraf edib.

Hadisəni həyat yoldaşı ilə aralarında ailədaxili münaqişə zəminində yaranmış mübahisədən sonra törətdiyini bildirib.

A.Abdullayeva ötən gün səhər saatlarında E.Abdullayev yatan zaman balta ilə boynundan vuraraq onu öldürdüyünü etiraf edib.

O, əvvəlcə törətdiyi əməli gizli saxlamağa çalışsa da, yaxınları sonradan məsələdən xəbərdar olub.

Qeyd edək ki, ailənin 2 övladı var.

A.Abdullayevaya qarşı Cinayət Məcəlləsinin 120.2.9-cü (qəsdən adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də