
RegionTV.info xəbər verir ki, hadisə səhər saatlarında Şirvan şəhərinin mərkəzində, Energetik küçəsində yerləşən binada baş verib. Həmin binada yaşayan 1936-cı il təvəllüdlü Məmmədov Bəymurad Basam oğlu ikinci mərtəbədən yıxılıb. 86 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı Şirvan Prokurorluğunda araşdırma aparılır.