Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gürcüstanda koronavirus əleyhinə 4-cü dozanın vurulmasına icazə verilib

Gürcüstanda bu gündən vətəndaşların müəyyən qruplarına koronavirus əleyhinə peyvəndin 4-cü dozasının vurulmasına icazə verilib.

RegionTV.info  xəbər verir ki, bununla bağlı ölkənin səhiyyə nazirinin əmri qüvvəyə minib.

COVID-19-a qarşı ikinci dozanı 50 yaş və daha yuxarı, həkim göstərişi əsasında 12-17 yaş qrupuna daxil olan, xəstəliyi təsdiqləyən arayış əsasında 18-49 yaş qrupuna aid şəxslər qəbul edə biləcəklər.

Dördüncü doza tibb müəssisələrində çalışan tibbi heyət üçün də nəzərdə tutulub. 18-49 yaş qrupuna daxil olan şəxslər xaricə səfərlər zamanı da dördüncü dozanı vurdura bilərlər.

Dördüncü doza üçüncü dozanın vurulmasından ən azı dörd ay sonra qəbul edilməlidir. Bu doza üçün eyni və yaxud digər peyvənd istifadə edilə bilər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də