
RegionTV.info istinadən xəbər verir ki, bu barədə şairin qızı Səlihət Rəsulova məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan və Belarusda Rəsul Həmzətovun anadan olmasının 100 illiyi ilə bağlı mədəni-maarif tədbirlərinin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Rəsul Həmzətov 1923-cü il sentyabrın 8-də Dağıstanın Sada kəndində anadan olub. O, Azərbaycana da şeirlər həsr edib. R.Həmzətov 2003-cü il noyabrın 8-də Moskvada vəfat edib.