Gədəbəyin meşələri DƏDƏ MALI kimi satılır? – VİDEOFAKT
Yay mövsümünün gəlişi ilə bağlı meşə ərazilərinin işbazlar tərəfindən satılmasından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəbəri varmı?
Bu haqda Gədəbəy rayonundan maraqlı videomaterial göndəriblər.
Belə ki, hər il olduğu kimi bu ildə Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Məhəmməd Tağıyev vəzifə səalahiyyətlərindən sui-istifadə etməklə Gədəbəy rayonun Canaxçı kəndi ərazisndə yerləşən (Şahzadə meşəsi) meşəbəyliyinin 47 dolayısını dədə malı kimi satıb.
Ərazidən çəkilmiş videomateriala baxarkən məlum olur ki, sözgedən meşə dolayısında yüngül və digər konustruksiyalarla çoxlu sayda ictimai – iaşə obyektləri tikilib.Yerli kənd sakinləri iddia edirlər ki, mövsümlə bağlı hər obyekt sahibi Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Məhəmməd Tağıyevə 3000 manat pul verməlidir.Əgər deyilən “taksa” verilməsə meşənin zəbt edilməsi ilə bağlı dərhal ərazi üzrə polisə müraciət edilir.Həmin şəxs və şəxslər dərhal meşə ərazisindən çıxarılır.
Kənd sakinləri onuda saytımıza bildirblər ki, 47 saylı dolayının meşəbəyisinin də həmin ərazidə kabaxanası həm də istirahət mərkəzi var.Həm də sözügedən meşbəyi ərazidə özünə məxsus olan çoxlu mal-qara saxlamqdadır.
Meşə fondu ərazisində baş verəvcək hər hansı yanğınla bağlı qərargah yaradılmayıbsa mineral zolaqların çəkilməsi təşkil edilməyibsə onda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığının icrasının təmin olunmaması məsuliyyəti hansı qurumun üzərinə düşür?
Niyə ərazi vahidi üzrə Gədəbəy rayon icra Hakimiyyəti eləcədə Rayon Polis Şöbəsi təhlükəsizlik tələblərini pozan şəxs və şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş tədbirlərin və digər zəruri təxirəsalınmaz işlərin görülməsini təmin etmirlər?
Meşələrin icra müqaviləsi olmadan zəbt edilməsi eləcədə mal-heyvan saxlanması olayından 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin guya xəbəri yoxdur? Əlbəttdə Var!
Meşə dolayısını zəbt edilməsini özündə əks etdirən videomaterialı təqdim edirik:
Redaksiya olaraq inanırıq ki, meşələrin zəbt edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti araşdırma aprıb nəticəsi barədə ictimaiətə açıqlama verəcəkdir.
Qarşı tərəfi də dinləyib, mövqeyini dərc etməyə hazırıq.
Dünyanınsəsi.Az