Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ev verilən şəhid ailələrinin sayı AÇIQLANDI

2021-ci ildə 3 min, 44 günlük Vətən müharibəsindən indiyə qədər isə 3500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin edilib.
 
Bununla bağlı Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinin mənzil və avtomobillə, sosial xidmətlərlə təminatı işlərinə dair keçirdiyi mətbuat konfransında məlumat verib.
 
O qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib: 
 
"Keçən il 3 min mənzilin bu kateqoriyalardan olan şəxslərə verilməsi proqramı icra olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə ümumilikdə 12500-dən çox şəhid ailəsi və müharibə əlilinə mənzil və ya fərdi ev verilib".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də