Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan domen adlarının milli inzibatçısı müəyyənləşdi






Prezident İlham Əliyev “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiq edib.

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunundakı dəyişikliyə əsasən 1.0.20-ci maddə əlavə edilir:

“1.0.20. domen adlarının milli inzibatçısı - “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxs.”.

Aşağıdakı məzmunda 7.10-1-ci maddə əlavə edilir:

“7.10-1. “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, domen adlarının milli inzibatçısı tərəfindən müəyyən edilir.”

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də