15 İyun - Milli Qurtuluş Günü münasibətilə YAP Kəlbəcər rayon təşkilatı, Abşeron rayon Masazır qəsəbəsi, Yeni məhəllə üzrə və Bakı şəhər, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev 15, 3-cü mədən ərazisi üzrə yeni ərazi partiya təşkilatları təsis edib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov çıxış edərək qeyd etdi ki, 15 iyun 1993-cü il-Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə həkk olunan bu tarix təkcə dövlətçiliyimizin xilası deyildi. 15 iyun həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Qurtuluş günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Ulu öndər Heydər Əliyevdir. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bugünkü və gələcək inkişaf xəttini müəyyənləşdirdi.
Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Əlbəttə ki, qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
Bu gün biz bütün əlamətdar günləri qalib ölkə, 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü təmin etmiş qalib xalq kimi qarşılayırıq.
Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək!
Kəlbəcər rayon 56 saylı tam orta məktəbin direktoru Aidə Əhmədova, “Aşıq Şəmşir” adına Kəlbəcər rayon 12 saylı tam orta məktəbin direktoru Səxavət Əsədov, Kəlbəcər rayon 56 saylı tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Rəmziyyə Abbasova və digər çıxış edənlər bildirdilər ki, Azərbaycan 1991-ci ilin 18 oktyabrında yenidən müstəqillik qazandıqdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə ictimai həyatın bütün sahələrində hökm sürən xaos, hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, anarxiya respublikanı bürüdü.
1993-cü ilin yayında vətəndaş müharibəsi həddinə qədər yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə təhlükə altına aldı. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin ağır sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğu zərurəti yaratmışdı. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir.Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
Çıxışlardan sonra cari məsələlərə baxılıb.
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının, Abşeron rayon Masazır qəsəbəsi, Yeni məhəllə üzrə və Bakı şəhər, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev 15, 3-cü mədən ərazisi üzrə partiya fəallarının müraciətləri əsasında yeni ərazi partiya təşkilatları təsis edilib.
Kəlbəcər rayon 56 saylı tam orta məktəbin direktoru Aidə Əhmədova Abşeron rayon Masazır qəsəbəsi, Yeni məhəllə üzrə, “Aşıq Şəmşir” adına Kəlbəcər rayon 12 saylı tam orta məktəbin direktoru Səxavət Əsədov Bakı şəhər, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev 15, 3-cü mədən ərazisi üzrə ərazi partiya təşkilatlarına sədr seçiliblər.
Ərazi partiya təşkilatının yeni seçilmiş sədirləri göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər.