Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şamaxıda qədim bina qalıqları aşkarlandı - FOTO

Şamaxı şəhərindən 6 kilometr məsafədə, eyniadlı kəndin yaxınlığında yerləşən Kələxana türbələri ətrafında arxeoloji qazıntı işləri aparılır.
 
AMEA-dan  verilən məlumata görə, XVII əsrdə burada inşa edilən 9 türbədən 8-i dövrümüzədək qalıb. Onlardan birinin üzərində tikilmə tarixi (hicri 1074-cü il – miladi 1663/1664-cü illər) və sərkar rütbəli memar Əmir Əli oğlu Əbdüləzim tərəfindən inşa edildiyi göstərilir.
 
Arxeoloji qazıntı işləri türbələrin yaxınlığında aparılır. Qazıntılara AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor Qafar Cəbiyev başçılıq edir. Ekspedisiya rəhbərinin söylədiyi kimi, qısa müddət ərzində burada o dövrün dini komplekslərindən birinə mənsub möhtəşəm bina qalıqları aşkar edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də