Rusiya Xarici İşlər Nazirliyinin birinci Avropa departamentinin direktoru Aleksey Paramonov deyib ki, Moskva Parislə xarici işlər nazirləri səviyyəsində substantiv söhbətdən çəkinmir. Onun sözlərinə görə, Fransada artıq başa düşürlər ki, Rusiyasız Avropanın təhlükəsizlik arxitekturasını qurmaq mümkün deyil.
Diplomat bu barədə RİA Novosti-yə müsahibəsində deyib.
"Paris artıq başa düşür ki, Avropa təhlükəsizlik arxitekturasının dövrün yeni reallıqlarına qaçılmaz uyğunlaşması Rusiyasız qeyri-mümkün və mənasızdır. Bunu Fransa prezidenti Emmanuel Makron da etiraf edib və bu yaxınlarda Rusiya ilə dialoqun davam etdirilməsinin vacibliyini bəyan edib”, - Aleksey Paramonov vurğulayıb.
Onun sözlərinə görə, Paris anlayır ki, Rusiya-Ukrayna münaqişəsinin diplomatik həllini tapmaq və birgə səylərlə yeni tarazlıq yaratmaq vacibdir.
"Bütün bunlar Rusiya tərəfinin heç vaxt çəkinmədiyi iki ölkənin xarici işlər nazirləri səviyyəsində məzmunlu söhbət məsələsinə tamamilə aiddir", - Paramonov bildirib.
Bundan əvvəl Fransa prezidenti Makron bildirib ki, Rusiyanı alçaltmaq olmaz, çünki gün gələcək ki, döyüşlər dayanacaq və ölkələr “diplomatiya ilə vəzioyyətdən çıxış yolu tapa biləcəklər”.
O, həmçinin bildirib ki, Ukraynadakı vəziyyətlə bağlı Rusiya prezidenti Vladimir Putinlə 100 saata yaxın telefon danışığı olub.