Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib






Noyabrın 27-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.

Tədbirin başlamasından öncə 44 günlük Vətən müharibəsində, eyni zamanda ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Videokonfransda çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Şura üzvlərini salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin dəmir iradəsi, sarsılmaz qətiyyəti və möhtəşəm rəhbərliyi sayəsində Vətən müharibəsində qazanılmış şanlı qələbə münasibətilə təbriklərini çatdırıb. Sonra iclasın gündəliyində duran məsələlər barədə məlumat verən Tahir Budaqov onu qeyd edib ki, ölkədə rəsmi statistikanın beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, strateji yol xəritələrində qarşıya qoyulmuş hədəf və prioritetlərə çatma vəziyyətinin qiymətləndirilməsi üçün informasiya təminatının təkmilləşdirilməsi, inzibati məlumat mənbələrindən istifadənin genişləndirilməsi və milli statistika sistemində aparılan islahatların daha da sürətləndirilməsi məqsədi ilə mühüm tədbirlər uğurla icra edilməkdədir.

Sonra Dövlət Statistika Komitəsinin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti, Keyfiyyəti idarəetmə sisteminin tətbiqi ilə bağlı görülmüş işlərlə bağlı məruzələr dinlənilib, Milli “Sənaye məhsullarının statistik təsnifatı”nın və 2021-ci il üçün statistik işlər proqramının layihələri Şura üzvlərinin müzakirəsinə təqdim olunub.

Qeyd edilib ki, Dövlət Statistika Komitəsinin fəaliyyətinin İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi beynəlxalq standartının tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə İsveçrənin “SGS” şirkətinin audit qrupu tərəfindən cari ilin mart ayında aparılmış sertifikatlaşdırmanın nəticələrinə əsasən həm Komitənin aparatı, həm də KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində beynəlxalq uyğunluq sertifikatına layiq görülüb. Bununla da beynəlxalq uyğunluq sertifikatına layiq görülmüş yerli statistika orqanlarının sayı 30-a çatdırılıb.

Müzakirələrlə davam edən şura iclasında mövzu ilə bağlı təkliflər səsləndiririlib, müvafiq qərarlar qəbul olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də