
RegionTV.info xəbər verir ki, bu barədə Ukraynanın Patrul Polis İdarəsinin rəisinin birinci müavini Oleksiy Beloşitski feysbukda bildirib.
Müharibənin əvvəlində Ukraynanın artıq 12-dən çox belə robotu var idi.
“Bu, nəinki “hədiyyələr”in yerini müəyyənləşdirən, həm də onları zərərsizləşdirən istehkamçı robotdur. Müharibənin əvvəlində bizdə bunlardan 12-dən çox var idi, indi “QinetiQ” daha 10-nu gətirəcək", - O.Beloşitski bildirib.
Robot 45 kq-a qədər yük götürür və 680 kq-a qədər yükü çəkə bilir. Uzunluğu 86,4 santimetr, hündürlüyü 42,7 sm və maksimal kütləsi 52 ilə 71 kq arasındadır.