
RegionTV.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vanda gənclərlə görüşündə deyib.
"Onlardan (Yunanıstan - red) niyə bu (Amerika - red) bazalarını yaratdığınızı soruşduqda, onlar belə cavab verirlər: "Rusiyaya qarşı". "Bəs siz Ukrayna üçün Rusiyaya qarşı nə etmisiniz? Onların sözləri yalanla doludur. Qərbə etibar etmək olmaz, xüsusən də onların siyasətinə gəldikdə”.