
RegionTV.info-nun məlumatına görə, hadisə Səmədabad kəndində, X. Quliyevə məxsus ərzaq mağazasında qeydə alınıb.
Belə ki, oğru mağazaya damdan daxil olaraq təxminən 1 300 manat nəğd pul və 1 700 manatlıq siqaret aparıb.
Oğurluq anı mağazanın təhlükəsizlik kamerasına düşüb.
Artıq oğurluqda şübhəli bilinən şəxsi rayon polisi saxlayıb.
Faktla bağlı araşdırma aparılır.