
RegionTV info-nun məlumatına görə, Azərbaycan Qran-prisinin qalibi olan "Red Bull" pilotu Maks Ferstappen xallarının sayını 150-ə çatdırmaqla liderliyini möhkəmləndirib.
Onun komanda yoldaşı Serxio Peres ikinci pilləyə yüksəlib. Meksikalı sürücü Bakıdakı yarışda ikinci yeri tutmaqla xallarının sayını 129-a çatdırıb.
Azərbaycan Qran-prisində uğursuzluqla üzləşən "Ferrari" pilotu Şarl Lekler 116 xalla üçüncü yerə geriləyib.
Konstruktorlar Kubokunda da "Red Bull" liderliyini daha da möhkəmlədib - 279 xal. "Ferrari" 199 xalla ikinci, "Mercedes" 161 xalla üçüncüdür.