
RegionTV.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib.
Qeyd edilir ki, Mərkəzdə hazırda 190 benefisiara gün ərzində 3 növbə olmaqla 14 istiqamət üzrə təlimlər keçirilir.
Fəaliyyətə başladığı qısa müddət ərzində Mərkəz tərəfindən əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgisi, inklüziv teatrlarla birgə tamaşalar, kitab və film təqdimatları, anım tədbiri həyata keçirilib.
Xatırladaq ki, Mərkəz ötən ilin oktyabr ayında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb.