İstanbul Kent Universitetində təhsil sərgisi açılıb.
Sərgidə Azərbaycanın nüfuzlu ali təhsil müəssisələri - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Slavyan Universiteti təmsil olunur.
Sərgi qardaş ölkənin mediası və təhsil ictimaiyyətinin diqqətini cəlb edib, belə tədbirin təşkil olunmasının Azərbaycan və Türkiyənin təhsil sahəsində əlaqələrinin daha da güclədirilməsi baxımdan xüsusilə önəmli olduğu bildirilib.
Təhsil proqramına uyğun şəkildə təşkil olunan sərgi bu gün və sabah davam edəcək.
Məqsəd Azərbaycan universitetlərinin təbliği və xarici ölkələrin tələbələrinin diqqətini ölkəmizin ali təhsil müəssisələrinə cəlb etməkdən ibarətdir.
Ölkəmizin hüdudlarından kənarda belə tədbirlərin keçirilməsi Azərbaycan təhsilinin dünya miqyasında tanıdılması, eyni zamanda təbliği baxımından xüsusi əhəmiyyətə malikdir.
Qeyd edək ki, İstanbul Kent Universitetinin ev sahibliyi etdiyi təhsil sərgisinin təşkilatçısı “Azedu Academy”dir. Qardaş Türkiyə ilə yanaşı, digər ölkələrdə də Azərbaycan universitetlərinin təhsil sərgilərinin təşkili nəzərdə tutulub.