2019-cu ilin fevral ayında çəkilişlərinə başlanılan “Xatirə və Xəta” bədii filminin istehsalı başa çatıb. Film polis, həkim və müxbirin dostluğundan bəhs edir.
Bu barədə filmin ssenari müəllifi və quruluşçu rejissoru Cəlaləddin Qasımov məlumat verib.
Rejissor deyib ki, bu ekran əsəri koronavirusa qarşı mübarizədə həkimlərlə birlikdə öz həyatını təhlükəyə atan polislərin və müxbirlərin cəsarətinin geniş kütləyə çatdırılması məqsədilə çəkilib.
Onun sözlərinə görə, filmdə əsas rolları Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Rövşən Kərimdux, Flora Hüseynova, Mehriban Xanlarova, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa ediblər.
Rejissor bu filmi də beynəlxalq kino festivallarına təqdim etməyə hazırlaşır.