Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Heç bir məzunu qəbul olmayan məktəblə bağlı RƏSMİ AÇIQLAMA

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 152 nömrəli tam orta məktəbdən bir məzunun belə ali məktəbə qəbul olmaması ilə bağlı məsələyə münasibət bildirib.
 
Həmin məktəb 2021-2022-ci tədris ilindən fəaliyyətə başlayıb.
 
Qeyd olunub ki, təhsil nazirinin 19.04.2021-ci il tarixli, F-163 nömrəli əmrinə əsasən 152 nömrəli tam orta məktəbin fəaliyyəti bərpa edilib. Həmin tarixdən etibarən "Xabad-Or-Avner" məktəbi 152 nömrəli tam orta məktəb kimi fəaliyyətini davam etdirir:
 
"Məktəbdə digər fənlərlə yanaşı, "Yəhudi mədəniyyətinin əsasları", “Yəhudi xalqının tarixi” də öyrədilir və ikinci xarici dil kimi ivrit dili (ibri dili) tədris edilir. Müasir tələblərə uyğun inşa edilmiş məktəb üçmərtəbəli kompleksdən ibarətdir. Məktəbdə yeməkxana, idman zalı və meydançası, fənn kabinetləri, kompüter otaqları fəaliyyət göstərir və tədris ocağı müasir avadanlıqlarla təchiz edilib".
 
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin Abituriyent 12 jurnalında açıqlanan statistikaya görə, 152 saylı tam orta məktəbin bir məzunu belə ali təhsil müəssisəsinə qəbul olunmayıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də