2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 104 ölkəyə məhsul ixrac, 144 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, 2022-ci ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 16825,1 milyon ABŞ dolları təşkil edib
Ticarət dövriyyəsinin 12784,6 milyon dollarını və ya 76,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 4040,5 milyon dollarını (24,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 8744,1 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 73,9 faiz, real ifadədə 9,8 faiz artıb. İxrac real ifadədə 18,3 faiz artıb, idxal isə 4,8 faiz azalıb. 2022-ci ilin yanvar-aprel aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 38,5 faiz, real ifadədə 25,0 faiz artaraq 965,5 milyon dollar təşkil edib.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 37,4 faizi İtaliya, 12,3 faizi Türkiyə, 5,6 faizi Rusiya, 4,0 faizi Çin, 3,5 faizi İsrail, 2,9 faizi Birləşmiş Krallıq, 2,6 faizi Ukrayna, 2,5 faizi Portuqaliya, hər biri 2,4 faiz olmaqla Hindistan, Almaniya və Yunanıstan, 2,1 faizi Gürcüstan, 1,8 faizi İspaniya, 1,6 faizi Tailand, 1,4 faizi Qazaxıstan, 1,1 faizi Tunis, 1,0 faizi İran, 13,0 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdürİxracın 49,3 faizini İtaliyaya, 10,7 faizini Türkiyəyə, 4,6 faizini İsrailə, hər biri 3,4 faiz olmaqla Portuqaliya və Birləşmiş Krallığa, 3,1 faizini Yunanıstana, 2,8 faizini Hindistana, 2,7 faizini Ukraynaya, 2,6 faizini Gürcüstana, 2,3 faizini İspaniyaya, 2,0 faizini Tailanda, 1,7 faizini Rusiyaya, 1,6 faizini Almaniyaya, 1,5 faizini Tunisə, 1,1 faizini İsveçrəyə, hər biri 1,0 faiz olmaqla Rumıniya və Vyetnama, 0,8 faizini Çexiyaya, 4,4 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (34,6 faiz), Rusiyaya (19,9 faiz), Gürcüstana (6,3 faiz), İsveçrəyə (5,3 faiz), ABŞ-a (4,1 faiz), İtaliyaya (3,3 faiz), Braziliyaya (2,0 faiz), Niderlanda (1,9 faiz), Özbəkistana (1,4 faiz), Qazaxıstana (1,4 faiz), Rumıniyaya (1,4 faiz), Latviyaya (1,2 faiz), Argentinaya (1,2 faiz), Çinə (1,2 faiz) göndərilmiş malların payı üstün olub.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,2 faizi Rusiya, 17,0 faizi Türkiyə, 15,4 faizi Çin, 5,0 faizi Qazaxıstan, 4,6 faizi Almaniya, 3,7 faizi İran, 2,7 faizi ABŞ, hər biri 2,4 faiz olmaqla İtaliya və Ukrayna, 1,9 faizi Koreya, 1,7 faizi Birləşmiş Krallıq, hər biri 1,6 faiz olmaqla Yaponiya və Fransa, hər biri 1,4 faiz olmaqla Türkmənistan və Hindistan, 1,1 faizi Norveç, 1,0 faizi İndoneziya, 17,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
2022-ci ilin yanvar-aprel aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 27,0 faiz, tütün – 2,9 dəfə, çay – 37,7 faiz, mineral gübrələr – 6,0 dəfə, emal olunmamış alüminium – 84,1 faiz, qara metallardan çubuqlar – 3 70,4 faiz, qara metallardan borular – 17,1 faiz, sement klinkerləri – 2,8 faiz, bentonit gili – 10,7 faiz artmış, təzə meyvə ixracı isə 4,4 faiz, şəkər – 46,1 faiz, bitki yağları – 23,7 faiz, meyvə və tərəvəz şirələri – 25,1 faiz, meyvə və tərəvəz konservləri – 23,4 faiz, kartof – 11,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 52,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 39,7 faiz, pambıq lifi – 30,8 faiz, polietilen – 15,3 faiz, polipropilen – 18,6 faiz, pambıq ipliyi – 23,1 faiz, qara metallardan yarımfabrikatlar – 17,5 faiz azalıb.
2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2022-ci ilin yanvar-aprel aylarında bitki yağları idxalı 10,2 faiz, təzə meyvə – 7,1 faiz, kərə yağı, digər süd yağları və pastaları – 29,5 faiz, unlu qənnadı məmulatları – 16,5 faiz, kartof – 7,4 faiz, çay - 16,4 faiz, quş əti və onun əlavə məhsulları – 20,7 faiz, dərman vasitələri – 25,0 faiz, polad prokatı – 12,2 faiz, avtobuslar – 5,4 dəfə, rezin şinlər – 3,2 faiz, qara metallardan çubuqlar – 24,7 faiz, sintetik yuyucu vasitələr – 2,0 faiz, polietilen – 77,0 faiz, mebellər - 8,7 faiz, məişət kondisionerləri – 47,7 faiz, polipropilen – 12,4 faiz, sement – 38,6 faiz artmış, buğda idxalı isə 16,1 faiz, xam şəkər – 22,7 faiz, şokolad və şokolad məhsulları – 6,4 faiz, təzə tərəvəz – 39,5 faiz, mal əti – 57,6 faiz, siqaretlər – 85,2 faiz, minik avtomobilləri – 1,7 faiz, qara metallardan borular – 10,5 faiz, hesablama maşınları, blok və qurğuları – 19,2 faiz, yük avtomobilləri – 20,7 faiz, mineral gübrələr – 71,1 faiz, paltaryuyan maşınlar – 28,4 faiz, qara metallardan künclüklər – 5,9 faiz, məişət soyuducuları – 48,3 faiz azalıb.