Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında kəsilən ağacların yerinə yeniləri əkilib.
Ağacı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları əkib. Həmin ağacın Xan çinar olduğu bildirilib.
Xatırladaq ki, buna qədər etirazlar nəzərə alınaraq, qanunsuz parkinq tamamilə sökülüb və səki bərpa edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən məsələ ilə bağlı müvafiq araşdırmalara başlanılıb. Məlum olub ki, qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.
Buna görə Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib.