ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqerq bu iddialara cavab verib.
Səfir deyib ki, investisiyaların həcminə nəzər salsaq, görərik ki, biz sülh və sabitlikdə maraqlıyıq:”90-cı illərin əvvəlindən biz Azərbaycana 1.5 milyard dollardan çox investisiya qoymuşuq. Qərb üçün belə mühüm enerji resursları təchizatçısı olan ölkədə niyə sabitliyi pozaq? Bunun heç bir mənası yoxdur. Ola bilsin ki, bu fikir ABŞ-ın fundamental azadlıqlara hörmət etmək çağırışından yaranıb. Rəsmi şəxslərlə çoxsaylı görüşlərdə qeyd etmişik ki, söz və sərbəst toplaşma azadlığı kimi fundamental hüquqların qorunması vəziyyəti sabitləşdirməyə kömək edir, onu pozmağa yox. Regionda sabitliyə təhlükə ABŞ yox, məhz Rusiyanın Ukraynaya qarşı təcavüzüdür”.