Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Co Bayden Donald Trampı ələ saldı

ABŞ prezidenti Co Bayden ABC televiziyasına müsahibəsində respublikaçı sələfi Donald Trampı ələ salmaq fürsətini qaçırmayıb.

Bayden zarafatyana deyib ki, “hökumət sənədlərini tualetə atmaq” lazım gəldikdə o, keçmiş prezidenti köməyə çağırır.
 
Müsahibə zamanı teleaparıcı Jimmi Kimmel Amerika liderindən zarafatyana vacib sənədlərdən təcili xilas olmaq üçün hansı tualetə müraciət etdiyini soruşub: şəxsi və ya Ağ Evdəki ofisində olan?.
 
Bayden ictimaiyyətin alqışları qarşısında "Trampı köməyə çağırıram", - deyə cavab verib. Daha sonra təbəssüm kölgəsi olmadan əlavə edib: "Əslində, həssas sənədlərə gəldikdə, mən heç nəyi məhv etmirəm".
 
Bayden vaxtilə “Nyu-York Tayms” qəzetində geniş əks-səda doğuran yazını xatırladıb, orada qeyd edilirdi ki, Tramp prezidentliyi dövründə vaxtaşırı bəzi sənədləri Ağ Evin tualetinə tökürmüş.
 
İddiaya görə, Tramp vəzifədə olduğu illərdə ABŞ prezidentinin öz rəsmi vəzifələri ilə bağlı yazılı kommunikasiyaları saxlaması tələb olunan qeydlərlə bağlı qaydaları dəfələrlə pozub. Ağ Evin əməkdaşları bir neçə dəfə tualetdə eks-prezidentin bu yolla məhv etməyə çalışdığı əzilmiş sənədlər tapıblar.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də