Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kanadadan Rusiyaya yeni sanksiyalar

Kanada Rusiya Federasiyasının neft, qaz və kimya sənayesinə qarşı sanksiya tətbiq edib.
 
Bu barədə Kanada xarici işlər naziri Melani Coli məlumat verib.
 
O, sanksiyaların qeyd olunan sahələrdə fəaliyyət göstərən 28 müəssisəyə təsir etdiyini bildirib.
 
Qeyd olunur ki, yeni məhdudiyyətlər Rusiyanın federal büdcəsinin 50%-ə qədərini təmin edən sənaye sahələrinə yönəlib.
 
"Bu gün elan edilən tədbirlər prezident Putinə qoşunlarını dərhal Ukrayna ərazisindən çıxarması üçün əlavə təzyiq göstərəcək" , - deyə nazir bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də