"Bakı Banklararsı Valyuta Birjası" QSC ləğv olunduğunu elan edib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində məlumat yer alıb.
Məlumatda bildirilib ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 75, mənzil Winter Plaza, otaq 304 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, "Bakı Banklararsı Valyuta Birjası" vasitəsilə banklar arasında valyuta əqdlərinin bağlanması 2015-ci ilin iyun ayında dayandırılıb. Bu səbəbdən banklar arasında bu proses açıq bazar seqmentində həyata keçirilib.