Azərbaycan əsilli rusiyalı iş adamı Qod Nisanov “Olimpiyski” idman kompleksinin direktorlar şurasını tərk edib.
Bu barədə şirkətlər qrupunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 2022-ci il iyunun 3-də Qod Nisanov “Olimpiyski İdman Kompleksi” ASC-nin direktorlar şurasının sədri vəzifəsindən istefa vermək, layihənin bütün idarəetmə orqanlarından çıxmaq qərarına gəlib.
Qeyd edək ki, bundan əvvəl ABŞ azərbaycanlı iş adamına qarşı sanksiya tətbiq edib. Nisanov bu səbəbdən Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti vəzifəsindən uzaqlaşdırılıb.