Azərbaycanda inkluziv təhsilin təşkili qaydası hazırlanacaq.
Bu barədə Prezident İlham Əliyevin “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna dəyişikliyin tətbiqi barədə imzaladığı fərmanda qeyd olunub.
Nazirlər Kabinetinə inkluziv təhsilin təşkili qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.
Məlumat üçün bildirək ki, inteqrasiya təlimli təhsil müəssisəsi sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumi təyinatlı və ya internat tipli təhsil müəssisəsidir.