Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Palata ARDNF-nin büdcəsinə RƏY VERİB

Hesablama Palatasında Vüqar Gülməmmədovun sədrliyi ilə Kollegiya iclası keçirilib.
 
Hesablama Palatasından verilən məlumata görə, iclasda “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi” müzakirə olunub.
 
Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabatın layihəsi Kollegiya tərəfindən məqbul hesab edilib.
 
Eyni zamanda, Hesablama Palatasının Rəyinin Dövlət Neft Fondunun Müşahidə Şurasına təqdim olunması üçün Dövlət Neft Fonduna göndərilməsi qərara alınıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də