İsrail hökuməti Prezident Donald Trampın səlahiyyət müddəti bitmədən öncə ABŞ-ın İrana zərbə endirəcəyi ehtimalına görə orduya yüksək hazırlıq əmri verib.
Axar.az xəbər verir ki, bu barədə “Valla Nyus” məlumat yayıb.
Zərbənin birbaşa və ya Suriya, Livan və Qəzzadakı İran tərəfdarı qruplara endirilə biləcəyi ehtimal olunur.
Qeyd edək ki, daha öncə “Nyu York Tayms” ABŞ Prezidenti Donald Trampın prezidentliyinin son həftələrində İranın nüvə obyektlərinə zərbə endirməyi planlaşdırdığını, lakin məsləhətçilərinin tövsiyəsi ilə bu addımdan daşındığını yazmışdı.