Bu gün saat 16:00 radələrində Bərdə rayon Qaradağlı kənd sakini, 1993-cü il təvəllüdlü Vətən müharibəsi iştirakçısı Ələkbərli Baycan Azər oğlu rayon İcra Hakimiyyətinə gələrək Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində qəbul edilib.
O, başçının qəbulunda olmaq üçün müraciət edib, şöbənin müdiri ilə başçının qəbulunda olarkən kreditlə götürdüyü “Xəzər” markalı minik avtomobilinin pulunu ödəyə bilmədiyi üçün bank tərəfindən avtomobilinin alındığını bildirib, avtomobilinin geri alınması üçün nəğd olaraq ona 4 min manat pul verilməsini tələb edib.
Vətəndaşa bu məqsədlə rayon İcra Hakimiyyətinə vəsait ayrılmadığı izah olunub və vətəndaşa müvafiq iş yerləri təklif edilib, hüquqi yardım göstərilib. Başçının qəbulundan çıxdıqdan sonra B.Ələkbərli diqqəti özünə çəkmək üçün binanın foyesində cibindən bıçaq çıxararaq tələb etdiyi pul verilmədiyi təqdirdə özünə xəsarət yetirəcəyini bildirib, qolunu bıçaqla cızaraq səs-küy salıb.
Hadisə ilə əlaqədar rayon Polis şöbəsinə məlumat verilib və B.Ələkbərli rayon Polis şöbəsinə aparılaraq onunla profilaktiki söhbət edilib.
Redaksiyanın qeydi: şəhid ailələri və qazilər bu millətin baş tacı və göz bəbəyidir, yeddidən yetmişə hər birimiz onlara xüsusi qayğı göstərməliyik. Ancaq əndazəni aşan davranışlar doğrudan da cəmiyyətin nikbin ovqatını korlayır və qazilərimizə hüsn-rəğbətə xələl gəlir. Allah xatirinə, şəhidlərimizin ruhu xatirinə belə sui-istifadəyə yol verməyin...
Xatırladaq ki, bir neçə gün öncə daha bir neçə Vətən müharibəsi Qazisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının şüşələrini və qəbul otağının kompüterlrini sındırmışdı. Bu olay da cəmiyyətdə birmənalı qarşılanmamışdı.