Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 21-22 may 2022-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələrini açıqlayıb.
DİM-in yaydığı məlumata görə, III ixtisas qrupu üzrə imtahanda ən yüksək nəticəni 391.2 bal toplayan Qəbələ rayonu, Həmzəlli kənd orta məktəbinin məzunu Yusifov Şəhriyar Şəfa oğlu göstərib. O, ümumilikdə iki imtahandan 670 bal toplayıb.
Təssüratlarını bölüşən abituriyent zəhmətinin hədər getmədiyini bildirib:
“Mənim üçün imtahan asan keçmişdi, nəticəmin yüksək olduğunu öyrənəndə çox sevindim, lakin təəccüblənmədim, çünki bütün gücümü imtahana hazırlaşmağa həsr etmişdim. Buraxılış imtahanında ürəyim istəyən nəticəni əldə edə bilməməyim məni blok imtahanına ciddi hazırlaşmağa sövq etdi. Olimpiadada gümüş medal əldə etmişdim, bu məni daha da həvəsləndirdi”.
Şəhriyar xaricdə təhsil almaq niyyətinin olmadığını qeyd edib:
“Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasını seçəcəyəm. Ora qəbul olmağım üçün balım kifayət edir, amma mən ikinci mərhələdə də iştirak edib, 400 bal yığmaq istəyirəm. Bunun öhdəsindən gələcəyimə inanıram. Əsas çalışmaqdır, həmyaşıdlarıma demək istəyərdim ki, özlərinə, uğur qazanacaqlarına inansınlar. Onda hər şey rahat olur".
Ş.Yusifov uğur qazanmasına görə valideyninə və müəllimlərinə borclu olduğunu vurğulayıb.