Bakı Ağır Cinayətlər Məhkəməsində sinif yoldaşını bıçaqlamaqda ittiham olunan Nihad Fərhadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Nihad Fərhadov 5 il 7 ay müddətinə azadlıqdan məhrum olunub.
Xatırladaq ki, bu ilin yanvar ayında Səbail rayonu ərazisində Bakı şəhər sakini, 17 yaşlı Cəmil Həsənov bıçaqlanıb. Ona bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən 18 yaşlı Nihad Fərhadov saxlanılaraq istintaqa cəlb edilib. Hər iki şəxs Bakı şəhəri 162 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olub.