Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Həkimin anası qətlə yetirilib? - Rəsmi açıqlama

Baş Prokurorluq həkim terapevt Aysel Əskərovanın anasının qətlə yetirilməsinə dair iddiasına aydınlıq gətirib.
 
Prokurorluğun Mətbuat Xidmətindən bildiriblər ki, 1965-ci il təvəllüdlü Qismət Əskərovanın ölməsi faktı ilə bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
 
"Ölümün səbəbini müəyyən etmək məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib, müvafiq izahatlar alıb və digər zəruri prosessual hərəkətlər icra olunur. Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul olunması təmin ediləcəkdir", - deyə məlumatda qeyd olunub. 
 
Xatırladaq ki, həkim Aysel Əskərova sosial şəbəkədə paylaşım edərək anası Qismət Əskərovanın öz əcəli ilə ölmədiyini, qarət məqsədilə qətlə yetirildiyini iddia edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də