Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İranda bu dəfə pensiyaçılar etiraza QALXDI

İranda pensiyaçılar yaşayış xərclərinin artmasına etiraz ediblər.
 
Bu barədə ölkənin "Fars" informasiya agentliyi məlumat yayıb.
 
Agentliyin verdiyi məlumata görə, nümayişçilər Təbriz şəhərində “xərclərimiz dollarla, gəlirimiz rialladır” şüarı səsləndiriblər.
 
"1000-ə yaxın təqaüdçü dinc şəkildə etiraz etmək üçün toplaşıb və polisin müşayiəti ilə aksiya keçirib", - deyə agentlik bildirib.
 
Sosial şəbəkələrdəki paylaşımlarda Qəzvin, Şiraz, Şuştər və digər şəhərlərdə keçirilən aksiyalarda hökumətə, habelə prezident İbrahim Rəisinin iqtisadi idarəçiliyinə qarşı şüarlar səsləndirildiyi qeyd olunub.
 
Ölkənin Əmək, Rifah və Sosial Müdafiə Nazirliyi pensiyaları 57,4% artıraraq ayda 55,8 milyon riala (177 dollar) çatdırdığını bəyan edib. Amma təqaüdçülər deyirlər ki, kəskin inflyasiyanın öhdəsindən gəlmək üçün bu məbləğ çox azdır.
 
Qeyd edək ki, İranda bir neçə həftədir etiraz aksiyaları keçirilir. Hökumət aksiyaların xarici düşmənlər tərəfindən təşkil edildiyini düşünür.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də